Avropada 36-cı

Xəbərlər
29 May 2024 13:22
225
Avropada 36-cı

Xorvatiyanın Osiyek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, qadınların 25 m məsafədən tapança ilə atəş aşma yarışında təsnifat mərhələsi başa çatıb.

Final mərhələsinə vəsiqələr uğrunda Azərbaycan yığmasının bir snayperi mübarizə aparıb. Nigar Nəsirova 573 xalla 36-cı olub. Yarış üçün sifariş olunan Xanna Əliyeva isə hədəf önünə çıxmayıb.

Qeyd edək ki, final mərhələsinə ilk 8 yerin sahibi yüksəlib.

İdman.biz

Məqalədə: