Azərbaycan Atıcılıq Federasiyasının təşkil etdiyi qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə Federasiya Kuboku 2025 turnirinə yekun vurulub.
İdman.Biz xəbər verir ki, bu barədə Federasiyadan məlumat verilib.
Yarışın qalibi Vəfa Zeynalova olub. Gərgin mübarizə şəraitində keçən turnirdə Nigar Ramazanova ikinci, Elvina Əfsanə isə üçüncü yeri tutub.
