Azərbaycan Atıcılıq Federasiyasının nümayəndəsi ESC-nın rəyasət heyətinə seçilib

Xəbərlər
27 Oktyabr 2025 14:53
43
Azərbaycan Atıcılıq Federasiyasının nümayəndəsi ESC-nın rəyasət heyətinə seçilib

Azərbaycan Atıcılıq Federasiyasının (ASF) baş katibi Emin Cəfərov Avropa Atıcılıq Konfederasiyasının (ESC) rəyasət heyətinə üzv seçilib.

Bu barədə İdman.Biz-ə ASF-nin mətbuat xidmətindən bildirilib.

Avropa Atıcılıq Konfederasiyasının (ESC) Baş Assambleyasında təşkilatın rəhbər orqanlarının yeni tərkibi formalaşdırılıb.

Assambleyada həmçinin Aleksandr Ratner növbəti müddət üçün ESC prezidenti vəzifəsinə yenidən seçilib.

İdman.Biz