Bakıda yelkən idmanı üzrə “Zəfər Kuboku” start götürüb.
Azərbaycan Yelkən Federasiyasından İdman.biz-ə verilən məlumata görə, yarış Avropa və dünya çempionatına hazırlıq məqsədi ilə təşkil olunub və 3 gün ərzində davam edəcək.
“Zəfər Kuboku” “Optimist A” və “ILCA4” sinifləri üzrə keçirilir. Eyni zamanda, “Optimist B” sinfində çıxış edən idmançılar ilk yarış təcrübələrini qazanırlar.
İdman.biz