“Türküstan kuboku”na qatılacaq avarçəkənlərimiz Qazaxıstana yola düşüb

Xəbərlər
13 Sentyabr 2025 17:40
47
“Türküstan kuboku”na qatılacaq avarçəkənlərimiz Qazaxıstana yola düşüb

Sentyabrın 15-16-da Qazaxıstanda “Türküstan kuboku” beynəlxalq avarçəkmə yarışı keçiriləcək.

İdman.biz xəbər verir ki, Türküstan şəhərində təşkil olunacaq reqataya 3 idmançımız qatılacaq.

Azər İlyasov, Cahangir Məmmədli və Nurlan Paşayev Sırdərya çayında çempionluq uğrunda yarışacaq.

Qeyd edək ki, hər üç idmançımız akademik avarçəkmə növündə mübarizə aparacaq.

İdman.biz