Avarçəkmə üzrə Azərbaycan çempionatında ilk gün başa çatıb - FOTO

Xəbərlər
2 Sentyabr 2025 20:21
62
Avarçəkmə üzrə Azərbaycan çempionatında ilk gün başa çatıb - FOTO

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən avarçəkmə üzrə Azərbaycan çempionatında ilk yarış günü başa çatıb. Avarçəkənlər turnirin birinci günündə akademik, kayak və kanoe növlərində 16 dəst medal uğrunda mübarizə aparıblar.

İdman.biz xəbər verir ki, qaliblər diplom və medallarlar mükafatlandırılmaqla yanaşı, fərqlənən avarçəkənlər sentyabr və oktyabrda ölkəmizdə keçiriləcək MDB Oyunlarında mübarizə aparacaqlar.

Xatırladaq ki, MDB Oyunlarında avarçəkmə yarışları “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Azərbaycan çempionatı həm də MDB oyunlarına hazırlıq və test xarakteri daşıyır.

İdman.biz