Bakıda kanoe slalom arenası tikiləcək

17 Yanvar 2026 20:24
164
Bakıda kanoe slalom arenası tikiləcək

Azərbaycan avarçəkmə idman növlərinin inkişafı məqsədilə Bakıda beynəlxalq standartlara uyğun kanoe slalom arenası tikməyi planlaşdırır.

İdman.Biz-in bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına istinadən məlumat verir.

Layihə Beynəlxalq Kanoe Federasiyasının dəstəyi ilə həyata keçiriləcək.

İdman qurğusu gənclərin bu Olimpiya idman növünə cəlb olunmasına və kütləviliyin artırılmasına xidmət edəcək. Məqsəd gələcəkdə güclü və rəqabətədavamlı milli komandanın formalaşdırılmasıdır.

İdman.Biz