Universiada: Avarçəkənlərimiz B finalında 3-cü olublar

Xəbərlər
27 İyul 2025 12:18
55
Universiada: Avarçəkənlərimiz B finalında 3-cü olublar

Azərbaycan avarçəkənləri Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada çıxışlarını başa vurublar.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, akademik avarçəkmə üzrə B finalında Murad Sadıxov - Lev Dobryantsev cütlüyü 2000 metr məsafədə mübarizə aparıblar.

Avarçəkənlərimiz Niderland, Türkiyə və Qazaxıstan idmançılarını qabaqlayaraq 3-cü nəticə göstəriblər.

Cənubi Afrikadan olan avarçəkənlər B finalında finişə birinci çatıblar.

İdman.biz