Kayak və kanoeçilərimiz dünya çempionatında mübarizə aparacaq

Xəbərlər
21 İyul 2025 11:33
46
Kayak və kanoeçilərimiz dünya çempionatında mübarizə aparacaq

İyulun 23-27-də Portuqaliyanın Montemor-o-Velyo şəhərində gənclər və 23 yaşa qədər kayak və kanoeçilər arasında dünya çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycanı yarışda 1 qadın, 2 kişi olmaqla, ümumilikdə 3 idmançı təmsil edəcək.

Kanoe yarışlarında iyulun 3-6-da eyni yaş kateqoriyasında keçirilmiş Avropa çempionatında üçüncü olan Tatyana Smilovenko yenə medal uğrunda mübarizə aparacaq. Kayak növündə isə Amil Ramazanov və Əlimurad Hacızadə dünya çempionatında mükafat qazanmağa çalışacaq.

İdman.biz