Azərbaycan komandası gümüş medal qazanıb

Xəbərlər
29 İyun 2025 18:13
42
Azərbaycan komandası gümüş medal qazanıb

Avstriyanın paytaxtı Vyanada akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq Vyana Reqatası keçirilib.

İdman.biz xəbər verir ki, sayca 121-ci dəfədir təşkil olunan reqatada iştirak edən Azərbaycan avarçəkənləri uğurlu nəticə əldə ediblər.

Komandamız beynəlxalq yarışda gümüş medal qazanıb.

Yeniyetmələr arasında Azər İlyasov-Cahangir Məmmədli cütlüyü iki nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

İdman.biz