Avarçəkənlərimiz Vyana Reqatasında yarışacaq

Xəbərlər
27 İyun 2025 10:27
41
Avarçəkənlərimiz Vyana Reqatasında yarışacaq

İyunun 28-29-da Avstriyada ənənəvi Vyana Reqatası keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışlarda Azərbaycanı Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) 3 gənc idmançısı təmsil edəcək.

Vyanada Nurlan Paşayev, Cahangir Məmmədli və Azər İlyasov akademik növdə mübarizə aparacaq.

İdman.biz