Avarçəkənlərimiz Qazaxıstanda keçiriləcək reqatada yarışacaq

Xəbərlər
30 May 2025 14:58
46
Avarçəkənlərimiz Qazaxıstanda keçiriləcək reqatada yarışacaq

Qazaxıstanın Uralsk şəhərində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş kayak və kanoe üzrə beynəlxalq reqata təşkil olunacaq.

İdman.biz xəbər verir ki, iyunun 1-2-də keçiriləcək yarışda Azərbaycan geniş heyətlə təmsil olunacaq.

Kanoe növündə bir avarçəkənimiz Hüseyn Səmədli mübarizə aparacaq. Digər 6 idmançımız - Mustafa Vəlizadə, Elmir Tarverdiyev, İvan Vorobjanskiy, Vacib Babayev, Hüseyn Həsənov və Nuran Rəhimli yarışlarda kayak qayığında güclərini sınayacaqlar.

İdman.biz