Mayın 24-25-də Polşanın Kruşvisa şəhərində akademik avarçəkmə üzrə 19 yaşadək idmançılar arasında Avropa birinciliyi keçiriləcək.
İdman.biz xəbər verir ki, 27 ölkənin iştirak edəcəyi yarışda 4 idmançımız mübarizə aparacaq.
Heyəti Azər İlyasov, Tunar Məmmədzadə, Məhəmməd Əlizadə və Cahangir Məmmədlidən ibarət yığmamız 4 nəfərlik akademik avarçəkmə qayığında qitə birinciliyinə qatılacaq.
İdman.biz