Kanoeçimiz finişə 3-cü çatıb - YENİLƏNİB

Xəbərlər
17 May 2025 15:51
69
Kanoeçimiz finişə 3-cü çatıb - YENİLƏNİB

Kanoe üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, Macarıstanın Seqed şəhərində keçirilən yarışda iştirak edən Azərbaycanın yeganə təmsilçisi Tatyana Smilovenko 500 m məsafədə çıxışını başa vurub.

O, B finalına qatılıb. Məsafəni 2 dəqiqə 17,02 saniyəyə qət edən idmançımız finişə 3-cü çatıb. A finalında 9 kanoeçinin iştirak etdiyini nəzərə alsaq, Tatyana ümumilikdə 12-ci olub.

Qeyd edək ki, idmançımız bu gün 200 m məsafədə start xəttinə çıxacaq.

*****

09:28

Kanoe üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, Macarıstanın Seqed şəhərində keçirilən yarışda iştirak edən Azərbaycanın yeganə təmsilçisi Tatyana Smilovenko növbəti sınağına çıxıb.

500 m məsafədə mübarizə aparan kanoeçimiz yarımfinalda 2 dəqiqə 11,33 saniyəyə çatıb. O, mübarizə apardığı “9-luq”da 6-ci yeri tutub. Tatyana bu gün B finalında iştirak edəcək.

Qeyd edək ki, idmançımız bu gün daha bir məsafədə də start xəttinə çıxacaq. O, 200 m məsafədə çıxış edəcək.

İdman.biz