"Mingəçevir Reqatası-2023"də qaliblərin mükafatlandırma mərasimi keçirilib – FOTO

Xəbərlər
27 Oktyabr 2023 18:02
237
"Mingəçevir Reqatası-2023"də qaliblərin mükafatlandırma mərasimi keçirilib – FOTO

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Mingəçevir Reqatası-2023"ün beynəlxalq turnirinin ilk 2 günündə fərqlənənlərin mükafatlandırma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, medalları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Cavit Kabakçı, Türkiyə Avarçəkmə Federasiyasının prezidenti Ərhan Ərtürk, AKAF-ın baş katibi Fərhad Əliyev təqdim ediblər.

Turnirə bu gün yekun vurulub. Reqatanın son günündə 3 yaş qrupu üzrə yarışlar keçirilib. Azərbaycan kayak və kanoedə "Mingəçevir Reqatası-2023" kubokunda birinci yeri turub. Akademik avarçəkmədə isə qalib Gürcüstan yığması olub.

Qeyd edək ki, ilk 2 gündə Azərbaycan yığması 16 medal qazanıb. İdmançılarımız 5 qızıl, 5 gümüş və 6 bürünc mükafat əldə ediblər.

Emin Ağa

İdman.biz