“Prezident kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib - FOTO

Xəbərlər
3 May 2024 21:21
“Prezident kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib - FOTO

Ümummilli Lider Heydər Əliyevin 101-ci il dönümünə həsr olunan avarçəkmə üzrə “Prezident kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbir Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunub.

Tədbirdə kanoe-kayak və akademik avarçəkmə növündə qalib olan ölkələrə kubok təqdim olunub. Kaneo-kayakda Gürcüstan millisi, akademik avarçəkmədə isə Özbəkistan birinci yeri tutub.

Qalib komandalara mükafatları Azərbaycan Kaneo və Avarçəlmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli təqdim edib.

Rəsmi hissədən sonra mərasim bədii hissə ilə davam edib. Müxtəlif milli rəqslər qruplarının çıxışı nümayiş etdirilib, müğənni Hissin hit mahnıları səsləndirilib. Sonra hava atəşfəşanlığı olub.

Qeyd edək ki, Azərbaycan yığması turniri 9 medalla başa vurub.

Banuçiçək Hüseynli
İdman.biz