İbrahim Məmmədzadə: “Sonadək mübarizə apardıq”

Müsahibə
3 May 2024 11:00
İbrahim Məmmədzadə: “Sonadək mübarizə apardıq”

"Ağır məşqlər edirdik”.

İdman.biz xəbər verir ki, bunu Mingəçevirdə keçirilən “Prezident kuboku” beynəlxalq reqatasında 2010-2011 təvəllüdlü iki nəfərlik kayak yarışında bürünc medal qazanan İbrahim Məmmədzadə deyib.

200 m məsafəyə yürüşdə Sərhad Fərhadlı ilə birgə fərqlənən Azərbaycan millisinin üzvü yarışla bağlı təəssüratlarını bölüşüb: “Medal qazanmaq üçün sonadək mübarizə apardıq. Azərbaycanlı olduğumuz üçün fəxr edirik. Növbəti illərdə də bu yarışa qatılmaq üçün var gücümüzlə hazırlaşacağıq. Digər ölkələrdəki beynəlxalq turnirlərdə də bayrağımızı qaldıracağıq".

Qeyd edək ki, “Prezident kuboku-2024” beynəlxalq reqatasına bu gün yekun vurulacaq.

Banuçiçək Hüseynli
İdman.biz