"Prezident kuboku"nda daha 2 medal

Xəbərlər
3 May 2024 14:09
165
"Prezident kuboku"nda daha 2 medal

Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan avarçəkmə üzrə "Prezident kuboku" beynəlxalq reqatası davam edir.

İdman.biz xəbər verir ki, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışda Azərbaycan millisi medallarının sayını artırıb.

Təmsilçilərimizdən Fariz Babyev - Nurlan Paşayev cütlüyü 2006-2007 təvəllüdlü idmançılar arasında 1500 m məsafəyə akademik avarçəkmə üzrə üçüncü yerə layiq görülüblər.

Məhəmməd Həsənov - Raul Şamilov isə 2010-2011 təvəllüdlülər arasında 1000 m məsafəyə akademik avarçəkmə yarışında bürünc medal qazanıblar.

Qeyd edək ki, “Prezident kuboku” beynəlxalq reqatası bu gün başa çatacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: