Azərbaycan avarçəkəni Bəhmən Nəsiri Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bürünc medal qazanıb.
İdman.biz-in məlumatına görə, bir nəfərlik akademik avarçəkmə qayığında 2000 metr məsafədə yarışan idmançı üçüncü yeri tutub.
Təsnifat və yarımfinal mərhələlərini birinci yerdə başa vuraraq A finalında yarışmaq hüququna yiyələnən B.Nəsiri həlledici yürüşdə çempionluğu son anda əldən verib. Qalib fotofinişlə müəyyən edilib.
Eyni növdə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə isə B finalında üçüncü nəticə göstərib.
İdman.biz