Azərbaycanın kanoeçisi Tatyana Smilovenko Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe üzrə dünya çempionatında 200 metr məsafəsində son yürüşünə çıxıb.
İdman.Biz xəbər verir ki, Polşadan yarışları işıqlandıran əməkdaşımızın məlumatına görə, idmançımız yarımfinalda çıxış edib və 49,17 saniyə nəticə ilə yeddinci yeri tutub.
Smilovenko final B-yə yüksəlmək üçün cəmi 0,02 saniyə çatışmayıb. Final B-də yarımfinallarda 4-6-cı yerləri tutan idmançılar mübarizə aparırlar. Əsas finala isə hər yarımfinaldan ən yaxşı nəticə göstərən üç kanoeçi vəsiqə qazanır.
İdmançı bu gün 500 metr məsafəsində də final B-də çıxış edəcək. Burada 10-18-ci yerlər uğrunda mübarizə aparılacaq.
