Əli Vəliyev Avropa Gənclər Paralimpiya Oyunlarında daha 2 medal qazanıb.
İdman.biz xəbər verir ki, 16 yaşlı paraüzgüçümüz yeniyetmələr arasında (2009-2013-cü illər) 100 metr məsafəyə “butterfly” üsulu ilə qarışıq kateqoriyalar üzrə 1:04.82 nəticə ilə gümüş, 400 metr məsafəyə sərbəst üzmə üsulunda isə qarışıq kateqoriyalar üzrə 4:54.29 nəticə ilə bürünc mükafatçı olub.
Qeyd edək ki, paralimpiyaçımız dünən yeniyetmələr arasında 100 metr məsafəyə sərbəst üzmə üsulunda qarışıq kateqoriyalar üzrə 1:02.15 nəticə ilə (2009-2010) bürünc medal qazanmışdı.
İdman.biz