Paracüdoçularımız dünya çempionatında mübarizəyə başlayır

Xəbərlər
13 May 2025 09:44
66
Paracüdoçularımız dünya çempionatında mübarizəyə başlayır

Bu gün Qazaxıstanın paytaxtı Astanada paracüdo üzrə dünya çempionatı start götürəcək.

İdman.biz xəbər verir ki, 3 gün davam edəcək mundialda Azərbaycan 4 paralimpiyaçı ilə mübarizə aparacaq.

Komandamızın heyətində İsmayıl Muradov (J1, 70 kq), Zakir Mislimov (J1, 95 kq), Xatirə İsmiyeva (J1, +70 kq) və Elnarə Nizamlı (J2, 60 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.

İdman.biz