Paraüzgüçümüz şəxsi rekordunu yeniləyib - VİDEO

Xəbərlər
7 May 2025 14:43
76
Paraüzgüçümüz şəxsi rekordunu yeniləyib - VİDEO

Azərbaycanın yeniyetmə paraüzgüçüsü Əli Vəliyev Parisdə keçirilən Dünya Seriyasında şəxsi rekordunu yeniləyib.

İdman.biz xəbər verir ki, o, (S10) qarışıq kateqoriyalardan olan gənc paraüzgüçülər ilə birlikdə çıxış etdiyi 100 m məsafəyə sərbəst üsulla 1:00.90, 100 m məsafəyə kəpənək üsulu ilə üzməkdə 1:04.60 nəticə göstərərək şəxsi rekordunu yeniləyib.

Mübarizə apardığı bütün üzmə üsullarında şəxsi kateqoriyasında finişə birinci çatan Vəliyev, həmçinin ilk dəfə beynəlxalq yarışda 400 m məsafəyə sərbəst üsulda gücünü sınayıb.

İdman.biz