Dünya çempionatından qayıdan paraatıcıların qarşılanma mərasimi olub

Xəbərlər
1 Oktyabr 2023 17:14
192
Dünya çempionatından qayıdan paraatıcıların qarşılanma mərasimi olub

Perunun paytaxtı Limada güllə atıcılığı üzrə Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında Azərbaycanı uğurla təmsil etmiş milli komanda Bakıya qayıdıb.

İdman.biz xəbər verir ki, paraatıcılar Aybəniz Babayeva, Yelena Taranova və Kamran Zeynalovu Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Paralimpiya Komitəsinin nümayəndələri, idmançıların şəxsi məşqçiləri və yaxınları qarşılayıb.

10 m məsafəyə atəşaçmada (P6, qarışıq) Aybəniz Babayeva və Kamran Zeynalov gümüş medal qazanıblar.

50 m məsafəyə atəşaçmada isə Kamran Zeynalov dünya çempionu olmaqla, Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.

İdman.biz