Vəli İsrafilov Paris-2024-də!

Xəbərlər
20 İyun 2024 13:18
920
Vəli İsrafilov Paris-2024-də!

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilovun Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirakı rəsmiləşib.

İdman.biz xəbər verir ki, ona Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında Beynəlxalq Paralimpiya Komitəsindən Paralimpiadaya qatılmaq hüququ ("bipartite") verilib.

Paralimpiya, dünya və Avropa çempionu Fransanın paytaxtında SB13 kateqoriyasında 100 m məsafədə brass üsulu ilə keçiriləcək yarışda mübarizə aparacaq.

İdman.biz