Səid Nəcəfzadə dünya çempionu olub

20 May 2024 10:12
686
Səid Nəcəfzadə dünya çempionu olub

Azərbaycanın daha bir paraatleti dünya çempionatında qızıl medal qazanıb.

İdman.biz xəbər verir ki, Səid Nəcəfzadə bu uğura Yaponiyanın Kobe şəhərində keçirilən mundialın uzunluğa tullanma növündə nail olub.

T-12 kateqoriyasında çıxış edən yığma üzvü 7,30 m nəticə ilə bütün rəqiblərini qabaqlayıb və Kobedə Azərbaycan himnini səsləndirib.

Bununla da Nəcəfzadə kolleksiyasındakı medalların əyarını yaxşılaşdırıb. 25 yaşlı paraatlet ötən il Parisdə dünya çempionatının bürünc medalı qazanıb. O, həmçinin Tokio-2020 Yay Paralimpiya Oyunlarında da üçüncü yeri tutub.

Qeyd edək ki, iki gün əvvəl paraatletimiz Lamiyə Vəliyeva 100 m məsafəyə qaçışda dünya çempionu tutuluna sahib olub.

İdman.biz