Rüfət Hacılıya IBSA-da vəzifə verilib

Xəbərlər
3 Aprel 2024 10:57
Rüfət Hacılıya IBSA-da vəzifə verilib

Milli Paralimpiya Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rüfət Hacılıya yeni vəzifə verilib.

İdman.biz xəbər verir ki, həmyerlimiz Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) icraçı direktoru təyin edilib.

Hacılının təyinatı IBSA-nın İdarə Heyətinin onlayn formatda keçirilən son iclasında rəsmiləşib.

Qeyd edək ki, IBSA-ya 120-dən çox ölkə üzvdür.

İdman.biz