İlham Zəkiyev Almaniyaya yollanır

14 Fevral 2024 13:52
546
İlham Zəkiyev Almaniyaya yollanır

Fevralın 17-18-də Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə Qran-pri keçiriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi turnirdə 4 idmançı ilə təmsil olunacaq.

Yığma üzvlərindən tatamiyə Vüqar Şirinli (60 kq, J2), Namiq Abaslı (73 kq, J2), İlham Zəkiyev (+90 kq, J1), Sevda Vəliyeva (57 kq, J2) çıxacaqlar.

Qeyd edək ki, yarış Paris-2024 Yay Paralimpiya Oyunlarına ikiqat reytinq xalı verəcək.

İdman.biz