Xanım Hüseynova reytinqdə 1-ci, İlham Zəkiyev 3-cü yerdə

23 Yanvar 2024 14:17
706
Xanım Hüseynova reytinqdə 1-ci, İlham Zəkiyev 3-cü yerdə

Avropa Cüdo İttifaqı paracüdoçuların reytinqini açıqlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin lideri Xanım Hüseynova liderlər sırasında yer alıb.

O, 70 kq-da birinci pillədədir və 1650 xala malikdir.

J1 kateroqiyasında +90 kq çəki dərəcəsində mübarizə aparan ikiqat Paralimpiya çempionumuz İlham Zəkiyev reytinq cədvəlində 1450 xalla 3-cüdür. Braziliyalı Uillyans De Araujonun liderlik etdiyi siyahıda moldovalı İon Basok 2-ci yerdə qərarlaşıb. Digər paracüdoçumuz Namiq Abbaslı (J2) isə 73 kq çəki dərəcəsində 1168 xalla 4-cü yerdədir.

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunlarında kişilər və qadınlar səkkiz çəkidə üzrə qüvvəsini sınayacaq. Reytinqə əsasən 102 iştirakçı (54 kişi və 48 qadın) yarışa vəsiqə qazanacaq. Paralimpiya təsnifat mərhələsinin başa çatmasına qədər paracüdoçuların üç turniri qalıb ki, onlardan ilki fevralın 17-18-də Almaniyada baş tutacaq.

İdman.biz