Azərbaycanın paracüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (J1) dünya reytinq cədvəlində 3-cü yerdə qərarlaşıb.
İdman.biz xəbər verir ki, +90 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın aktivində 1450 xal var.
Sıralamada braziliyalı Uillyans De Araujo 1-ci, moldovalı İon Basok 2-cidir.
J2 kateqoriyasında Azərbaycan millisinin üzvü Namiq Abbaslı (73 kq) 1168 xalla 4-cü pillədə yer alıb.
Qadınların reytinqində isə idmançılarımız arasında ən yaxşı göstərici Xanım Hüseynovaya (70 kq, J1) məxsusdur. O, 1650 xalla öz çəki dərəcəsinin lideridir.
İdman.biz
