Bakıda FIA həftəsi başlayıb - FOTO - VİDEO

Xəbərlər
4 Dekabr 2023 19:29
199
Bakıda FIA həftəsi başlayıb - FOTO - VİDEO

Bu gün Azərbaycanda Beynəlxalq Avtomobil Federasiyası (FIA) həftəsi götürüb.

İdman.biz xəbər verir ki, dekabrın 8-nə kimi paytaxtımızda FIA Baş Assambleyalarının iclasları və Mükafatlandırma mərasimi (FIA Prize-Giving Ceremony) keçiriləcək.

Bu, avtomobil idmanı sahəsində ilin ən gözlənilən tədbirlərdən biri hesab edilir. Artıq beynəlxalq tədbirin qonaqlarını Bakıya gəliblər. FIA-nın paytaxtımızdakı tədbirlərində 128 ölkədən nümayəndə və avtomobil klublarının təmsilçiləri iştirak edəcək.

İdman.biz