İdman bürcü – Astroloji PROQNOZ: 4-10 dekabr

Xəbərlər
2 Dekabr 2023 09:55
752
İdman bürcü – Astroloji PROQNOZ: 4-10 dekabr

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Bu həftə müxtəlif tənliklər və mürəkkəb problemlərlə qarşılaşacaqsınız. Düzgün həllər tapmaq və uğur qazanmaq üçün məntiqi təfəkkürə və səbrə ehtiyacınız olacaq. Komanda oyunlarında sizi bol şanslar gözləyir. İdman karyeranızda ciddi irəliləyişlər baş verəcək.

Buğa
Həftə ərzində xüsusi bacarığınızla çoxlarının diqqətini çəkəcəksiniz. Hərəkətlərinizlə ətrafdakılara müsbət təsir göstərəcəksiniz. Səhhətinizlə bağlı arzuolunmaz məqamlar olsa da, tez keçəcək. Məşq və təlimlər zamanı diqqətli olmağınız tövsiyə edilir.

Əkizlər
Ürəkaçan bir həftə kimi yaddaşlarınızda qalacaq. Ətrafdakı insanlarla sıx münasibətləriniz yaranacaq. Harmonik və davamlı əlaqələr yaratmaq üçün yeni başlanğıca açıq olun. İstirahətinizi şəhərdən kənarda, təbiət qoynunda keçirməniz münasibdir. Bu, qarşıda planlaşdırılmış təlim-məşq toplanışlarınız üçün də zəruridir.

Xərçəng
Enerji dolu həftə gözlənilir. Çalışın şəxsi münasibətlərdə subordinasiyanı qoruyasınız. Yeni təkliflər alacaqsınız. Seçimdə tələsməyin. Boş vaxtlarınızdan səmərəli yararlanın. Sağlamlığınızı və əhvalınızı yaxşılaşdırmaq üçün yaranan imkanlardan istifadə edin.

Şir
Buzüstü idman növlərində bəxtiniz gətirəcək. Şansınızı qaçırmayın. Mürəkkəb problemləri uğurla həll etmək imkanları yaranacaq. Bunun üçün tələb olunan bacarığınızı əsirgəməməlisiniz. Daha çox dostlarınızın əhatəsində olacağınız vəd edilir.

Qız
Ulduzlar sizə səyahətlə dolu həftə ilə müjdələyir. Təlim-məşq toplanışlarını ölkədən kənarda keçirməyiniz daha məqsədəuyğundur. Odur ki, səyahət təkliflərini arxa palana keçirməyin. Həftə ərzində yeni perspektivlər açılacaq, çalışın bundan maksimum yararlanasınız.

Tərəzi
Mütaliəyə vaxt ayırmanız daha münasibdir. Bu müddət ərzində ədəbiyyata qarşı güclü cazibə duyacaqsınız. Məşqlərinizə bir qədər ara verməli, istirahətə vaxt ayırmalısınız. Bu, əsasən əsəblərinizin sakitləşməsinə xidmət edəcək. Maliyyə baxımından əlverişli həftə olacaq.

Əqrəb
Dərin anlayışınız və intuisiyanız yeni simalarla tanışlığa yol açacaq. Fərdi idman növlərində uğurlar gözlənilir. Müşahidə gücünüzü inkişaf etdirməklə ötən günlərdən qalan planlarınızı gerçəkləşdirə bilərsiniz. Səhhətinizə diqqət yetirin. Kütləvi tədbirlərdə iştirakınız arzuolunmazdır.

Oxatan
Həftəboyu mürəkkəb problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. Texniki bacarıqlarınız rəqibi asanlıqla enməyə kömək olacaq. Beynəlxalq turnirlərdə iştirakınız düşərli olacaq. Həftənin son günlərində hədəflərinizə çox yaxın olacaqsınız. Şansınızı əldən verməyin.

Oğlaq
Müsbət qərarlar qəbul etmək, həyatınızda harmoniya əldə etmək üçün düşərli həftədir. Fiziki hazırlığınızla bağlı problemlər yaşana bilər. Çalışın tapşırıqları mərhələli şəkildə yerinə yetirəsiniz. Bütün bunlara rəğmən həftə uğurlu nəticələr vəd edir.

Dolça
Layihələrinizin gerçəkləşdirilməsi baxımından münasib həftədir. Astronomik hadisələr səhhətinizdə müsbət dəyişikliklərə səbəb olacaq. Bu, özünü daha çox fiziki gücünüzün artımında hiss etdirəcək. Odur ki, qarşılaşacağınız durumlardan çəkinməyin, rəqibi yenmək üçün belə fürsət nadir hallarda ələ düşür.

Balıq
Həftə ərzində istirahətə vaxt ayırmanız məqsədəuyğundur. Özünüzü musiqidən həzz almağa kökləyin. Bir sıra məsələlərin həllində “ilham pəriniz” həlledici rol oynaya bilər. Həftənin əvvəli layihələriniz və yaradıcılığınız üçün münasibdir. Açıq havada çox vaxt keçirin. Xoş sürprizlə qarşılaşacağınız qaçılmazdır.