İdman səfiri: "Səhər idmanı" layihəsi hamının marağını cəlb edib"

Xəbərlər
4 Sentyabr 2025 11:55
59
İdman səfiri: "Səhər idmanı" layihəsi hamının marağını cəlb edib"

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə təşkil olunan "Səhər idmanı" layihəsinin təbliğatı hamının marağını cəlb edib.

İdman.biz "Report"a istinadən xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin idman səfiri Orxan Səfərov jurnalistlərə açıqlamasında deyib.

Sabiq cüdoçu belə tədbirlərin keçirilməsinin yaxşı hal olduğunu söyləyib: "Bu cür tədbirlərin keçirilməsi çox yaxşıdır. Çünki "idmanla ancaq idmançılar məşğul olmalıdır" deyə bir şey yoxdur. Yaşlılar, gənclər, hər kəs idmanla məşğul olmalıdır. İdman sağlamlıqdır. Bu təbliğat hamının marağını cəlb edib. Ümid edirəm ki, növbəti dəfə digər insanlar da bu layihəyə qoşularlar və idmanla məşğul olarlar".

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi paytaxt sakinlərinin sağlam həyat tərzinə marağını artırmaq üçün bu günlərdə yeni bir təşəbbüsə start verib. Nazirliyin "Sağlam həyat" layihəsi çərçivəsində Zabitlər, Mərkəzi və Dədə Qorqud parklarında həftəiçi 6 gün, səhər saat 7-dən 8-dək səhər məşqləri keçirilir.

Məqsəd idmanın hər bir insan üçün həyat tərzinə çevrilməsi və hər kəsin günə gümrah başlamasıdır.

İdman.biz