"Bu, bizim üçün vacib tədbirdir. Bunun əhəmiyyətini vurğulamaq o qədər də asan deyil”.
İdman.biz xəbər verir ki, bunu Böyük Britaniyanın UCL Universitetinin professoru, UCL-in İdman Fiziki Fəaliyyət və Sağlamlıq İnstitutunun (Institute of Sports, Exercise and Health) aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi Bölməsinin vitse-prezidenti Maykl Pol Luzmor Bakıda keçirilən II Beynəlxalq elmi konfransda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda belə tədbirin təşkili xoş bir haldır: "Bu, Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirdir. O, idmana və təhsilə çox önəm verirdi. Məhz Heydər Əliyevin dövründə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yaradılıb. Onun təməlini qoyduğu siyasətin nəticəsində digər ölkələrlə əlaqələr yaranıb və tələbələr xaricdə təhsil alırlar”.
Banuçiçək Hüseynli
İdman.biz