Gənclər və İdman Nazirliyi Bakı şəhəri üzrə həftənin idman afişasını açıqlayıb.
İdman.biz xəbər verir ki, 27 noyabr – 3 dekabrda paytaxtda 2 idman növü üzrə yarışlar təşkil olunacaq.
Sərbəst və yunan-Roma güləşi üzrə hərbçilərin 36-cı dünya çempionatı - 27 noyabr - 2 dekabr (Sərhədçi İdman Mərkəzi);
Kişi idman gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı, qadın idman gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı - 30 noyabr - 1 dekabr (Milli Gimnastika Arenası).
İdman.biz