EYOF-da 10 medal qazanan Azərbaycan komandası Bakıya qayıdıb - FOTO

Xəbərlər
28 İyul 2025 10:54
59
EYOF-da 10 medal qazanan Azərbaycan komandası Bakıya qayıdıb - FOTO

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarında uğurlu nəticə əldə edən idmançılarımız Vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, federasiya rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.

EYOF-da Azərbaycan komandası 3 qızıl, 3 gümüş, 4 bürünc medal qazanıb.

Qeyd edək ki, bu nəticə ilə komandamız medal qazan ölkələr arasında 17-ci yeri tutub.

İdman.biz