Şimali Makedoniyanın və Xorvatiyanın birgə ev sahibliyi etdiyi Skopye-2025 XVIII Avropa Gənclər Olimpiya Festivalına yekun vurulub.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən İdman.biz-ə verilən məlumata görə, Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı Skopye-2025-də 15 idman növü üzrə mübarizə aparıb.
Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunub. İdmançılarımız yarışları 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medalla başa vurublar.
Komandamıza qızıl medalları cüdoçular Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) qazandırıblar. Cüdoda Nuranə Hacızadə (-48 kq), Zeyd Ələsgərov (-60 kq) və güllə atıcılığında Leyli Əliyeva – Oleq Kerjankin dueti (10 metr pnevmatik tapança) gümüş medal əldə ediblər. Bürünc medalları isə cüdoçular Aysun Məmmədova (-52 kq), Məhəmməd Ağakişiyev (-73 kq), Sübhan Axundov (+90 kq) və taekvondoçu Yunis Hüseynov (73 kq) qazanıblar.
Komandamız bu nəticə ilə ümumi medal sıralamasında 17-ci yeri tutub.
Qeyd edək ki, 50 (19 qızıl, 19 gümüş, 12 bürünc) medal qazanan İtaliya komandası festivalın qalibi olub. Fransa 15 qızıl, 18 gümüş, 5 bürünc medalla ikinci olub. Üçüncü pillədə isə aktivində 33 (10 qızıl, 11 gümüş, 12 bürünc) medal olan İspaniya qərarlaşıb. Türkiyə 26 (10 qızıl, 7 gümüş, 9 bürünc) medalla dördüncü, Böyük Britaniya isə 22 (10 qızıl, 7 gümüş, 5 bürünc) medalla beşinci olub.
Qeyd edək ki, Festivalda 40 ölkənin komandası müxtəlif əyarlı medallar qazanıb. Cəmi 35 ölkə isə festivalda qızıl medal sevinci yaşayıb.
Skopye-2025 XVIII Avropa Gənclər Olimpiya Festivalında medal qazanan ölkələr
№ |
Ölkə |
Qızıl |
Gümüş |
Bürünc |
Cəmi |
1 |
İtaliya |
19 |
19 |
12 |
50 |
2 |
Fransa |
15 |
18 |
5 |
38 |
3 |
İspaniya |
10 |
11 |
12 |
33 |
4 |
Türkiyə |
10 |
7 |
9 |
26 |
5 |
Böyük Britaniya |
10 |
7 |
5 |
22 |
6 |
Polşa |
10 |
6 |
11 |
27 |
7 |
Macarıstan |
10 |
5 |
11 |
26 |
8 |
Almaniya |
7 |
4 |
12 |
23 |
9 |
Serbiya |
6 |
2 |
6 |
14 |
10 |
Ukrayna |
5 |
8 |
10 |
23 |
11 |
Belarus (BOC) |
5 |
4 |
4 |
13 |
12 |
İsveçrə |
4 |
11 |
6 |
21 |
13 |
Belçika |
4 |
3 |
3 |
10 |
14 |
İsveç |
3 |
5 |
3 |
11 |
15 |
Yunanıstan |
3 |
4 |
6 |
13 |
16 |
Çexiya |
3 |
3 |
8 |
14 |
17 |
Azərbaycan |
3 |
3 |
4 |
10 |
18 |
Moldova |
3 |
0 |
3 |
6 |
19 |
Litva |
3 |
0 |
3 |
6 |
20 |
Rumıniya |
2 |
2 |
8 |
12 |
21 |
Avstriya |
2 |
2 |
5 |
9 |
22 |
Norveç |
2 |
0 |
0 |
2 |
23 |
Slovakiya |
1 |
5 |
2 |
8 |
24 |
Xorvatiya |
1 |
3 |
6 |
10 |
25 |
Sloveniya |
1 |
3 |
3 |
7 |
26 |
Latviya |
1 |
2 |
1 |
4 |
27 |
Bosniya və Herseqovina |
1 |
2 |
1 |
4 |
28 |
Niderland |
1 |
2 |
1 |
4 |
29 |
Finlandiya |
1 |
2 |
0 |
3 |
30 |
Portuqaliya |
1 |
1 |
3 |
5 |
31 |
Bolqarıstan |
1 |
1 |
1 |
3 |
32 |
İrlandiya |
1 |
0 |
5 |
6 |
33 |
Kipr |
1 |
0 |
1 |
2 |
34 |
İslandiya |
1 |
0 |
1 |
2 |
35 |
Estoniya |
1 |
0 |
0 |
1 |
36 |
Gürcüstan |
0 |
3 |
4 |
7 |
37 |
İsrail |
0 |
2 |
3 |
5 |
38 |
Danimarka |
0 |
1 |
5 |
6 |
39 |
Kosovo |
0 |
0 |
1 |
1 |
40 |
Ermənistan |
0 |
0 |
1 |
1 |
İdman.biz