Azərbaycan Gənclər və İdman Nazirliyi yeni inzibati binaya köçəcək

Xəbərlər
11 Dekabr 2025 17:50
80
Azərbaycan Gənclər və İdman Nazirliyi yeni inzibati binaya köçəcək

Olimpiya Hərəkatı və İdman Muzeyi kimi inşasına başlanmış tikili Azərbaycan Gənclər və İdman Nazirliyinin inzibati binasına çevriləcək.

İdman.Biz iqtisadiyyat.az-ın nazirlikdən əldə etdiyi məlumatına istinadən xəbər verir ki, bununla əlaqədar tikinti işlərinə başlanılıb.

Nazirlik işlərin icrası ilə bağlı "İnşaatçı 3" şirkəti ilə müqavilə bağlayıb. Razılaşmaya əsasən, Olimpiya Hərəkatı və İdman Muzeyi kimi tikintisinə start verilmiş obyektin Gənclər və İdman Nazirliyinin inzibati binasına çevrilməsi ilə əlaqədar tikinti işlərinin yekunlaşdırılmasına 1 milyon 656 min manat sərf ediləcək.

İdman.Biz