Bakıda “Pool” bilyard növü üzrə ölkə çempionatı keçiriləcək

Xəbərlər
11 Dekabr 2025 13:26
59
Bakıda “Pool” bilyard növü üzrə ölkə çempionatı keçiriləcək

Azərbaycan Bilyard Federasiyası (ABF) ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında bilyardın “pool” növü üzrə ölkə çempionatı keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Bilyard Federasiyası (ABF) məlumat yayıb.

Bildirilib ki, kişi və qadınlar arasında təşkil olunacaq yarış dekabrın 13-15-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq.

Çempionatda ölkənin müxtəlif regionlarından güclü idmançıların iştirakı gözlənilir.

Qeyd edək ki, yarışlar beynəlxalq standartlara uyğun qaydalar əsasında keçiriləcək, qaliblər medal və diplomlarla təltif olunacaqlar.

İdman.Biz