EYOF-da iştirak edəcək idmançılarımız Şimali Makedoniyaya yola düşüblər

Xəbərlər
18 İyul 2025 17:36
31
EYOF-da iştirak edəcək idmançılarımız Şimali Makedoniyaya yola düşüblər

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalinda (EYOF) iştirak edəcək Azərbaycan idmançıları və nümayəndə heyəti Şimali Makedoniyaya yola düşüb.

İdman.biz xəbər verir ki, Azərbaycan festivalda 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, festivalın açılış mərasimi iyulun 20-də Yan Sandanski İdman Mərkəzində keçiriləcək. Yarış iyulun 20-dən 26-dək iki ölkədə - Şimali Makedoniya və Xorvatiyada təşkil ediləcək.

İdman.biz