Su idman növləri üzrə dünya çempionatında təqdim olunacaq medallar alüminium içki qutularından hazırlanıb.
İdman.biz xəbər verir ki, ümumilikdə yarışda 77 medal dəsti uğrunda mübarizə gedir.
Təşkilat komitəsinin məlumatına görə, turnir üçün 100 min ədəd alüminium qutu toplanıb və onlardan 5 min medal hazırlanıb. Bu təşəbbüs “Trash to Treasure” (“Zibildən xəzinəyə”) adlandırılıb və aksiyada Sinqapur məktəbliləri və tələbələri fəal iştirak ediblər.
Hər bir medalın çəkisi təxminən 150 qramdır və bir medalın hazırlanması üçün təqribən 20 ədəd təkrar emal olunmuş qutu istifadə edilib.
Qeyd edək ki, Sinqapurda keçirilən dünya çempionatı iyulun 11-də start götürüb və avqustun 3-dək davam edəcək.
İdman.biz