Stratosferdən tullanan paraşütçü hovuza düşərək həlak olub – VİDEO

Xəbərlər
18 İyul 2025 10:42
76
Stratosferdən tullanan paraşütçü hovuza düşərək həlak olub – VİDEO

Avstriyalı ekstremal paraşütçü Feliks Baumqartner Adriatik dənizi sahillərində, İtaliyanın mərkəzində yerləşən ərazidə paraşüt uçuşu zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirib.

İdman.biz xəbər verir ki, bu barədə "Kurier" nəşri xəbər yayıb.

Hadisə İtaliyanın Marke vilayətinə daxil olan Porto Sant'Elpidio şəhərində baş verib. Baumqartner paraplan üzərində idarəetməni itirib. Onun səhhəti qəfil pisləşib və yerli hotellərdən birinin hovuzuna düşüb. Bildirilir ki, hotelin əməkdaşlarından biri də xəsarət alıb və boyun nahiyəsindəki zədə ilə xəstəxanaya yerləşdirilib.

ANSA agentliyinin məlumatına əsasən, paraplan hotelin ərazisinə düşən anda Baumqartner artıq vəfat etmişdi.

Qeyd edək ki, paraşütçü 2012-ci ildə stratosferdən etdiyi məşhur tullanışla dünya şöhrəti qazanmışdı. O, 38 kilometrdən çox yüksəklikdən tullandığı həmin uçuş zamanı 1173 km/saat sürət toplayaraq üç dünya rekordu müəyyənləşdirmişdi.

İdman.biz