Kanalda batan Azərbaycan çempionunun meyiti tapılıb - YENİLƏNİB/VİDEO

Xəbərlər
17 İyul 2025 14:21
126
Kanalda batan Azərbaycan çempionunun meyiti tapılıb - YENİLƏNİB/VİDEO

Ağdaşda kanalda batan 17 yaşlı Azərbaycan çempionunun meyiti tapılıb.

İdman.biz FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü Süleymanov Dəniz Nəsib oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Dəniz Süleymanlı idmanın alpaqut növü üzrə Azərbaycan çempionu olub.

****
09:04

Azərbaycan çempionu su kanalında boğulub.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Ağcayazı kəndindən keçən hissəsində qeydə alınıb.

2008-ci il təvəllüdlü Süleymanlı Dəniz Nəsib oğlu kanalda çimərkən batıb.

Məlumata görə, yeniyetmə atası ilə birlikdə çimirmiş. Oğlunun batdığını görən ata onu xilas etməyə çalışsa da, bu, mümkün olmayıb.

Faktla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin dalğıc-axtarış qrupu cəlb olunub. Hazırda yeniyetmənin tapılması istiqamətində axtarış işləri davam etdirilir.

Qeyd edək ki, Dəniz Süleymanov idmanın alpaqut növü üzrə Azərbaycan çempionu olub.

İdman.biz