Gənclər və idman naziri Fərid Qayıbov Banqladeş Xalq Respublikasında səfərdədir.
İdman.biz xəbər verir ki, səfər çərçivəsində Fərid Qayıbov Banqladeşin gənclər və idman naziri Zahid Ahsan Russel ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Həmçinin ölkələr arasında təcrübə mübadiləsinin gələcək perspektivləri müzakirə edilib.
İdman.biz