Bakı Sürət Festivalının qalibləri bəlli olub - FOTO

Xəbərlər
6 İyul 2025 19:40
43
Bakı Sürət Festivalının qalibləri bəlli olub - FOTO

Bakı Sürət Festivalının qalibləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Caspian Event Organisers” şirkətinin həmtəşkilatçılığı ilə keçirilən Bakı Sürət Festivalında sürət həvəskarları üçün rəqabətlə dolu “US Legends Cars” yarışının təsnifat və final mərhələləri baş tutub.

Yarışı pilotlar Adil Axundov birinci, Murad Həsənov ikinci, Fərid Quliyev isə üçüncü yerdə başa vurublar.

Festival çərçivəsində drift-şou və avtomobil sənayesindəki yeniliklərin nümayiş olunduğu sərgi də təşkil olunub.

İdman.biz