Spiros Kapralos: “Bakı-2015 ilə bağlı hər birimizin çox gözəl xatirələri var”

Xəbərlər
4 İyul 2025 15:07
45
Spiros Kapralos: “Bakı-2015 ilə bağlı hər birimizin çox gözəl xatirələri var”

Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Spiros Kapralos ötən ayı dəyərləndirərkən Bakıda keçirilmiş I Avropa Oyunlarının 10 illiyi münasibətilə fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, Kapralos 2015-ci ildə ilk dəfə belə çoxnövlü idman forumunu təşkil etməklərinin həyəcanverici hadisə olduğunu vurğulayıb.

EOC prezidenti fikirlərini belə ifadə edib: “EOC Bakıdakı ilk Avropa Oyunlarının təşkil olunmasının 10 illik yubileyini qeyd etdi. Biz cəsarətli və iddialı bir layihənin Avropanın əsas çoxnövlü idman tədbirinə necə çevrildiyini gördük. Bakı-2015 ilə bağlı hər birimizin çox gözəl xatirələri var və bu, dünyaya Avropanın birlik və vizyonla nələrə nail ola biləcəyini göstərdi”.

İdman.biz