İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏLİK AFİŞA

Xəbərlər
7 Noyabr 2023 16:17
193
İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏLİK AFİŞA

Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, noyabrın 6-12-də müxtəlif növlər üzrə komandalarımız bir sıra yarışlara qatılacaq.

Taekvondo üzrə "President Cup" beynəlxalq turniri - 8-11 noyabr (İordaniya, Amman);

Qılıncoynatmanın şpaqa növü üzrə dünya kuboku - 8-12 noyabr (İsveçrə, Bern);

Qılıncoynatmanın sablya növü üzrə dünya kuboku - 8-13 noyabr (Əlcəzair);

Boks üzrə U-22 Avropa çempionatı - 10-22 noyabr (Monteneqro, Budva);

Triatlon üzrə Dünya Kuboku - 11-12 noyabr (Çili, Vina del Mar);

Ağır atletika üzrə gənclərin dünya birinciliyi - 13-25 noyabr (Meksika, Qvadalaxara).

İdman.biz