Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

Xəbərlər
2 Noyabr 2023 14:50
232
Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların idmançılarının noyabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, siyahıya yenə bədii gimnast Zöhrə Ağamirova başçılıq edir.

Onun aktivində 610 xal var. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikinci (540 xal) yerdə qərarlaşıb. 3-cü pillədə isə dəyişiklik olub. Stend atıcılığı üzrə qarışıq yığma 4-cü (340 xal) yerə enib. Komanda cüdoçu Zelim Kotsoyevlə bu pilləyə şərikdir. İdman gimnastı Nikita Simonov 355 xalla “üçlüy”ə yüksəlib.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Azərbaycan idmançılarının 2023-cü ilin noyabr ayına olan reytinq cədvəlinə baxmaq üçün aşağıdakı linkə daxil olun:

https://www.mys.gov.az/uploaded/uploaded/noyabr_qisa.pdf

Növlər üzrə reytinq hesablanma cədvəllərinə baxmaq üçün aşağıdakı linkə daxil olun:

https://www.mys.gov.az/uploaded/uploaded/xal_hesablama_cdvli.pdf