Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
24 Oktyabr 2023 14:47
106
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Gənclər və İdman Nazirliyi regionlar üzrə həftənin idman afişasını açıqlayıb.

İdman.biz xəbər verir ki, oktyabrın 23-29-da bölgələrdə müxtəlif növlər üzrə yarışlar keçiriləcək.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- 3x3 basketbol üzrə 2009-2010-cu il təvəllüdlü qızlar arasında Sumqayıt şəhər birinciliyi – 25-27 oktyabr, saat 10:00 (“Təhsil” RİM, Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları UGİŞM);
- Ağırlıqqaldırma üzrə 2006-cı il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında Sumqayıt şəhər birinciliyi – 26-27 oktyabr, saat 11:00 (Sumqayıt Olimpiya İdman Kompleksi);
- Voleybol üzrə oğlan və qızlar arasında yoldaşlıq görüşü – 27 oktyabr, saat 15:00 (Sumqayıt Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində karate üzrə nümunəvi çıxışlar – 27 oktyabr, saat 17:30 (Abşeron rayonu, Xırdalan şəhəri, AAAF yaşayış kompleksi);
- “Zəfər Günü”nə həsr edilmiş yunan-Roma güləşi üzrə 2010-2012-ci il təvəllüdlü oğlanlar arasında açıq birincilik - 27-28 oktyabr, saat 11:00 (“Təhsil” RİM Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları UGİŞM);
- Şahmat üzrə tempo turniri – 28 oktyabr, saat 15:00 (“Təhsil” RİM Sumqayıt şəhər 2 nömrəli UGİŞM);
- “Zəfər Günü”nə həsr edilmiş sərbəst güləş üzrə 2008-2010-ci il təvəllüdlü oğlanlar arasında açıq birincilik – 28-29 oktyabr, saat 11:00 (“Təhsil” RİM Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları UGİŞM);
- “Zəfər Günü”nə həsr edilmiş cüdo üzrə 2007-2009, 2010-2012-ci il təvəllüdlü oğlanlar arasında “Təhsil” RİM Sumqayıt şəhər 2 nömrəli UGİŞM birinciliyi – 29 oktyabr, saat 10:00 (Paralimpiya İdman Kompleksi).

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- "Cüdo hamı üçün" devizi altında master-klas - 23 oktyabr, saat 15:00 (Ağsu Olimpiya İdman Kompleksi);
- "Heydər Əliyev İli"nə həsr olunmuş "Qaçış hamı üçün" idman tədbiri - 24 oktyabr, saat 16:00 (Qobustan rayonu, Şəhid F.Nadirov adına istirahət parkı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Cüdo hamı üçün" - 24 oktyabr, saat 15:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);
- "8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş MMA üzrə master-klas - 25 oktyabr, saat 15:00 ("Şamaxı" İdman Klubu);
- Vətən müharibəsi şəhidi Ruslan Tağıyevin xatirəsinə həsr olunmuş V - VII sinif şagirdləri arasında minifutbol üzrə rayon birinciliyi - 26-27 oktyabr, saat 10:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);
- Vətən müharibəsi şəhidi Fədail Nadirovun xatirəsinə həsr olunmuş atletika üzrə rayon turniri - 27 oktyabr, saat 11:00 (Qobustan rayonu, şəhid F.Nadirov adına istirahət parkı).

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- "28 Oktyabr - Dünya Cüdo Günü"nə həsr olunmuş cüdo üzrə yoldaşlıq görüşü - 23 oktyabr, saat 15:00 (Naftalan şəhər stadionu);
- "Heydər Əliyev İli" çərçivəsində ümumtəhsil məktəbləri arasında minifutbol üzrə Daşkəsən rayon birinciliyi - 25-26 oktyabr, saat 14:00 ("Daşkəsən Dəmir Filiz" MMC);
- “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş kikboksinq üzrə uşaq, yeniyetmə və gənclər arasında açıq kubok - 28-29 oktyabr, saat 9:00 (Gəncə Olimpiya İdman Kompleksi);
- Heydər Əliyev ilinə həsr olunmuş aşihara-karate üzrə Göygöl açıq birinciliyi - 29 oktyabr, saat 10:00 (Göygöl Olimpiya İdman Kompleksi);
- “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş universitet və kollec tələbələri arasında minifutbol üzrə birincilik - 30 oktyabr, saat 12:00 (Yeni Gəncə qəsəbəsi).

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- "25 Oktyabr – Qubadlı Şəhər Günü" münasibətilə sərbəst güləş klubunun daxili birinciliyi - 24 oktyabr, saat 16:00 (Tovuz Olimpiya İdman Kompleksi);
- Yüngül atletika üzrə məktəblilər arasında birincilik - 25 oktyabr, 12:00 (Ağstafa şəhər stadionu);
- Yeniyetmə və gənclər arasında stolüstü tennis üzrə turnir - 28 oktyabr, saat 16:00 (Şəmkir Olimpiya İdman Kompleksi).

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- Qubadlı rayonunun işğaldan azad olunmasının 3-cü ildönümünə həsr olunmuş yeniyetmələr arasında dama üzrə Şabran rayon birinciliyi - 24-25 oktyabr, saat 11:00 (Şabran rayonu, Ağsaqqalar evi);
- Şahmat üzrə şimal zona birinciliyi - 27 oktyabr, saat 11:00 (Quba rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə Quba rayon birinciliyi - 27 oktyabr, saat 14:00 (Quba Olimpiya İdman Kompleksi);
- Məktəblilər arasında basketbol üzrə Xaçmaz rayon turniri - 27-28 oktyabr, saat 10:00 (Xaçmaz Olimpiya İdman Kompleksi);
- "8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş kros qaçışı üzrə 2007-2008-ci və 2009-2010-cu il təvəllüdlü yeniyetmələr arasında Siyəzən rayon birinciliyi - 28 oktyabr, saat 10:00 (Siyəzən rayon stadionu);
- Yeniyetmə və gənclər arasında sambo üzrə zona birinciliyi - 28 oktyabr, saat 11:00 (Quba Olimpiya İdman Kompleksi);
- "Sağlam həyat" layihəsi çərçivəsində "Gimnastika hamı üçün" kütləvi idman tədbiri - 28 oktyabr, saat 11:00 (Qusar Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində məktəbli qızlar arasında voleybol üzrə Qusar rayon turniri - 29 oktyabr, saat 11:00 (Qusar Olimpiya İdman Kompleksi);
- Badminton üzrə gənclər arasında şimal zona birinciliyi - 29 oktyabr, saat 11:00 (Qusar Olimpiya İdman Kompleksi);
- Taekvondo üzrə nümunəvi çıxışlar - 29 oktyabr, saat 16:00 (Xaçmaz rayonu, Taekvondo idman zalı).

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Həndbol üzrə region birinciliyi - 27-29 oktyabr, saat 10:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində “Cüdo hamı üçün” açıq idman tədbiri - 28 oktyabr, saat 11:00 (Lənkəran rayonu, Akademik Z.Əliyeva küçəsi, Sağlam məhələ idman zonası);
- “Fiziki aktivlik və sağlam həyat tərzi” mövzusunda seminar - 26 oktyabr, saat 11:00 (Astara rayonu, 1 saylı tam orta məktəb);
- “İdman hamı üçün” layihəsi çərçivəsində sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə “Karate-do hamı üçün” adlı idman tədbiri - 27 oktyabr, saat 17:00 (Astara rayon Şiyəkaran kənd 1 saylı tam orta məktəbi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində “Futbol hamı üçün” açıq idman tədbiri - 24 oktyabr, saat 15:00 (Masallı rayonu, “Viləş” minifutbol meydançası);
- "İdman hamı üçün" layihəsi çərçivəsində “Cüdo hamı üçün” açıq idman tədbiri - 27 oktyabr, saat 15:00 (Masallı rayonu, N.Nərimanov adına 2 saylı tam orta məktəb);
- “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük yarışı - 24 oktyabr, saat 10:00 (Lerik şəhər stadionu);
- “İdman hamı üçün” layihəsi çərçivəsində voleybol üzrə master-klas - 28 oktyabr, saat 15:00 (Lerik rayonu, 1 saylı texniki fənlər təmayüllü lisey);
- “İdman hamı üçün” lahiyəsi çərçivəsində boks üzrə nümunəvi çıxışlar - 26 oktyabr, saat 10:00 (Cəlilabad rayon Heydər Əliyev Seyrangahı);
- “İdman hamı üçün” lahiyəsi çərçivəsində taekvondo üzrə master-klas, 28 oktyabr, saat 11:00 (Cəlilabad rayon Mərkəzi parkı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində ağır atletika üzrə nümunəvi çıxışlar - 28 oktyabr, saat 11:00 (Yardımlı rayonu, 1 saylı tam orta məktəb).

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin
- ''İdman hamı üçün'' layihəsi çərçivəsində ali və orta ixtisas məktəb tələbələri arasında dama üzrə şəhər birinciliyi - 23 oktyabr, saat 10:00 (Mingəçevir şəhəri, UGŞİM);
- Avarçəkmə üzrə “Mingəçevir reqatası-2023” beynəlxalq turniri - 25-27 oktyabr (Mingəçevir şəhəri, Kür Olimpiya Tədris-İdman Mərkəzi);
- "İdman hamı üçün'' layihəsi çərçivəsində sərbəst güləş üzrə nümunəvi çıxışlar - 26 oktyabr, saat 9:00 (Ağdaş Olimpiya İdman Kompleksi);
- ''İdman hamı üçün'' layihəsi çərçivəsində "8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş futbol üzrə nümunəvi çıxışlar - 26 oktyabr, saat 15:00 (Göyçay Olimpiya İdman Kompleksi);
- "8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş yunan-Roma güləşi üzrə açıq rayon birinciliyi - 27-28 oktyabr, saat 9:00 (Kürdəmir Olimpiya İdman Kompleksi).

Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- "Heydər Əliyev İli" çərçivəsində karate-do döyüş növü üzrə açıq rayon birinciliyi - 29 oktyabr, 11:00 (Beyləqan Olimpiya İdman Kompleksi);
- "İdman həftəsi" çərçivəsində şahmat üzrə maarifləndirici məşq - 23 oktyabr, saat 14:30 (İmişli UGŞİM);
- "İdman həftəsi" çərçivəsində futbol üzrə nümunəvi məşq - 25 oktyabr, saat 15:00 (Sabirabad rayonu, 5 saylı tam orta məktəb).

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Futbol üzrə Uşaq-Gənclər İdman Məktəbinin qrupları arasında turnir - 26 oktyabr - 2 noyabr, saat 10:00 (Şəki Olimpiya İdman Kompleksi);
- Azyaşlılar arasında minifutbol yarışı - 26-28 oktyabr, saat 15:00 (Zaqatala Olimpiya İdman Kompleksi);
- Yeniyetmələr arasında 3x3 basketbol üzrə rayon birinciliyi - 27 oktyabr, saat 10:00 (Qəbələ rayonu, 5 saylı tam orta məktəb);
- 2007-2008 təvəllüdlü oğlanlar və qızlar arasında atletika üzrə rayon birinciliyi - 27 oktyabr, saat 10:00 (Oğuz mərkəzi stadionu);
- 13-14 yaşlı yeniyetmələr arasında voleybol üzrə rayon birinciliyi - 28 oktyabr, saat 10:00 (Qax rayon stadionu və Qax şəhər 2 saylı tam orta məktəb);
- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş minifutbol üzrə rayon birinciliyi - 28-30 oktyabr, saat 18:00 (Balakən Olimpiya İdman Kompleksi).

Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi
- "25 Oktyabr - Qubadlı Şəhəri Günü"nə həsr olunmuş voleybol üzrə oğlanlar arasında Qubadlı rayon birinciliyi - 23-27 oktyabr, saat 10:00 (Qubadlı rayonu, Sumqayıt şəhəri, Çaytumas məktəb-liseyi);
- "8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında açıq Qubadlı rayon birinciliyi - 28-29 oktyabr, saat 10:00 (Qubadlı rayonu, Abşeron rayonu St.Sumqayıt qəsəbəsi, Qubadlı rayonu Hal kənd tam orta məktəbi);
- 3x3 basketbol üzrə məktəblilər arasında Cəbrayıl rayon birinciliyi - 28-29 oktyabr, saat 10:00 (Cəbrayıl rayonu, Biləsuvar rayonu, 7 saylı Cəbrayıl qəsəbəsi, Mehdili kənd tam orta məktəbi).

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- “İdman hamı üçün” layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar – 25 oktyabr, saat 15:30 (Salyan rayonu, Aşağı Kürkəndi kənd tam orta məktəbi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində kikboksinq üzrə nümunəvi çıxışlar – 26 oktyabr, saat 15:00 (Neftçala rayonu, Aşağı Surra kəndi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində minifutbol üzrə ustad dərsi - 27 oktyabr, saat 11:00 (Hacıqabul rayonu, Muğan qəsəbə tam orta məktəbi);
- Şirvan şəhərinin 60 illiyi münasibətilə 2009-2011 və 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında yunan-Roma güləşi üzrə açıq şəhər birinciliyi – 28-29 oktyabr, saat 16:00 (Şirvan Olimpiya İdman Kompleksi);
- “Heydər Əliyev İli”nə və "8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş cüdo üzrə Biləsuvar açıq rayon birinciliyi - 29 oktyabr, saat 10:00 (Biləsuvar Olimpiya İdman Kompleksi).