Mingəçevirdə “Sağlam həyat” günlərinə yekun vurulub - FOTO

Xəbərlər
22 Oktyabr 2023 18:48
131
Mingəçevirdə “Sağlam həyat” günlərinə yekun vurulub - FOTO

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Mingəçevirdə keçirilən “Sağlam həyat” günlərinə yekun vurulub.

İdman.biz xəbər verir ki, tədbirə qoşulanlar öz yaş qrupları üzrə ağırlıqqaldırma, gimnastika və qaçış, topatma, uzunluğa tullanma idman normativlərini yerinə yetirərək fiziki bacarıqlarını sınayıblar.

Qaliblər müvafiq sertifikat və diplomlarla təltif olunublar. Yarışın sonuncu günündə qaliblərə sertifikatları Mingəçevirin "Kür" həndbol komandasının üzvləri təqdim ediblər.

İdman.biz